EN

Kreml Yaxın Şərqdəki vəziyyətin hərtərəfli təhlilinə ehtiyac olduğunu vurğulayır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Bəşər Əsədin Suriya prezidenti postundan getməsindən sonra Yaxın Şərqdəki vəziyyəti hərtərəfli təhlil etmək lazımdır.

"İndi, əlbəttə ki, baş verən hadisələrin hərtərəfli təhlili üçün ən yaxşı vaxtdır. Bu qeyri-müəyyənlik dövründən sonra nələrin gələcəyini indidən proqnozlaşdırmaq çətindir", - sözçü deyib.

Kreml sözçüsü əlavə edib ki, Rusiya Yaxın Şərq ölkələri ilə dialoqu davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
21
olaylar.az

1Sources