EN

Cənubi Koreya parlamenti ölkə prezidentinin həbsinə səs veriblər

Cənubi Koreya parlamenti prezident Yoon Seok-yeol və daha 7 məmurun hərbi vəziyyətin tətbiqinə cəhd etdiklərinə görə dərhal həbs edilməsini tələb edən qətnamənin lehinə səs verib.

KONKRET.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qətnamənin lehinə 190, əleyhinə 95 deputat səs verib, 3 deputat bitərəf qalıb.

Bundan əlavə, parlament iğtişaşlarda ittiham olunan Yoon Seok-yeolun hərbi vəziyyət elan etməsi üçün xüsusi prokurorun təyin edilməsini təsdiqləyib. Bu qətnamə lehinə 210, əleyhinə 63, bitərəf 14 səslə qəbul edilib.

Yoon Seok-yeol gözlənilmədən dekabrın 3-ü axşam saatlarında müxalifəti “dövlət əleyhinə” hərəkətlərlə hökuməti “iflic etməkdə” ittiham edərək hərbi vəziyyət elan edib.

Hərbi vəziyyət elan edildikdən sonra parlament kompleksinin ərazisinə daxil olan hərbçilər onların yolunu kəsməyə çalışan böyük qrupla toqquşub. Eyni zamanda daha böyük bir qrup insan polis və təhlükəsizlik işçiləri ilə üz-üzə gəlib. Dekabrın 4-də səhər tezdən prezident parlamentin müdaxiləsindən sonra hərbi vəziyyəti ləğv edib.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
32
konkret.az

1Sources