EN

Suriyanın yeni baş nazirindən ilk açıqlama

2025-ci il martın 1-dək müvəqqəti hökumətin baş naziri vəzifəsini icra edəcəyəm.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın yeni Baş naziri Məhəmməd Bəşir bildirib.

Bəşir Suriyada müvəqqəti hökuməti qurmaq səlahiyyətinin ona verildiyini söyləyib.

Məhəmməd Bəşir İdlibdə “Heyət Təhrir əl-Şam” Hərəkatının (HTŞ) siyasi qolu olan “Suriya Azadlıq Hökuməti”nə rəhbərlik eləmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
36
40
teleqraf.com

10Sources