EN

TƏCİLİ: Rusiya qoşunları Suriyadakı iki bazanı tərk etdi

Rusiya qoşunları Suriyanın şimalında yerləşən bazalarını tərk edib.

Publika.az
xəbər verir ki, bu barədə “The Washington Post” (WP) nəşri yazıb.

WP qeyd edir ki, söhbət Münbiç və Kobanidəki iki hərbi obyektdən gedir.

“İlk baza əvvəllər ABŞ hərbçilərinə məxsus idi, 2019-cu ildə onlar getdikdən sonra Rusiya qoşunları tərəfindən ələ keçirildi. Rusiya hərbçiləri ərazidə patrul xidməti apararkən, buradan post kimi istifadə edirdilər. Kobanidəki baza Türkiyə-Suriya sərhədində atəşkəs razılaşmasına nəzarət etmək üçün istifadə edilib. Rusiya hərbçiləri Ankara və Moskva arasında 2020-ci ilin martında bağlanmış müqavilə çərçivəsində bura yerləşiblər”, - nəşr yazır.

Asif

Chosen
35
7
publika.az

8Sources