EN

"Xiaomi" yeni elektrikli avtomobilini təqdim edib

Çinin “Xiaomi” korporasiyası "YU7" elektrikli avtomobilinin buraxıldığını elan edib.

FED.az xəbər verir ki, bu barədə şirkət bildirib.

Avtomobilin uzunluğu 4999 mm, eni 1996 mm və hündürlüyü 1600 mm, təkər bazası 3000 mm-dir.

Elektromobilin boş çəkisi 2405 kiloqramdır. Bu, artıq ikinci "Xiaomi" elektromobilidir - birincisi mart ayında bazara çıxan "Xiaomi SU7" avtomobilidir.

Model öndə 220 kilovat, arxada isə 288 kilovatlıq elektrik mühərriki ilə təchiz edilib. Avtomobilin maksimal sürəti saatda 253 kilometrlə məhdudlaşdırılıb. Krossover 2025-ci ilin iyun-iyul aylarında satışa çıxarılacaq . Avtomobil "Tesla" "Model Y" ilə rəqabət aparacaq (iqtisadiyyat.az).

Chosen
36
fed.az

1Sources