EN

Suriya keçid hökumətinin müvəqqəti Baş naziri təyin edilib - DOSYE

Suriya
Suriya keçid hökumətinin müvəqqəti Baş naziri təyin edilib. 1news.az xəbər verir ki, bu vəzifəyə Məhəmməd əl-Bəşir təyin olunub.
O, televiziyada yayımlanan bəyanatında bildirib ki, 1 mart 2025-ci ilə qədər Suriya keçid hökumətinin müvəqqəti Baş naziri təyin edilib. Məhəmməd əl-Bəşir kimdir? Suriyalı mühəndis və siyasətçi olan əl-Bəşir, yanvar ayında HTŞ-nin idarəsindəki Suriya Qurtuluş Hökumətinin beşinci baş naziri olaraq fəaliyyət göstərib. Qurtuluş Hökuməti tərəfindən yayımlanan tərcümeyi-halına əsasən, o, 1986-cı ildə İdlibin Cəbel Zaviye bölgəsində anadan olub. 2007-ci ildə Hələb Universitetindən elektrik və elektronika mühəndisliyi ixtisası üzrə məzun olub və rabitə sahəsində ixtisaslaşıb.

2021-ci ildə İdlib Universitetindən şəriət və hüquq sahəsində fərqlənmə diplomu ilə məzun olub. Həmin il Suriya Beynəlxalq Təhsil, Dil və Məsləhət Akademiyasından idarəetmə planlaması və layihə idarəçiliyi sertifikatları alıb.

Chosen
47
1news.az

1Sources