EN

Suriyada müvəqqəti hökumət rəhbəri təyin edilib

Suriyada Mühəmməd əl-Bəşirin rəhbərliyi ilə qurulacaq keçid hökumətinin fəaliyyət müddəti üç ay olacaq. Bu barədə Suriya müxalifətinin siyasi idarəsindəki mənbə Qətərin Al Jazeera telekanalına məlumat verib.

"Əl-Bəşirin hökuməti üç ay davam edəcək və keçid dövrü çərçivəsində fəaliyyət göstərəcək," -  mənbə bildirib.

İcra hakimiyyətinin prioritetləri kimi o, "təhlükəsizlik sahəsində nəzarət, xidmətlərin göstərilməsi və hakimiyyətin mərhələli keçidinin təmin edilməsi"ni vurğulayıb.

Al Jazeera-nın mənbəsi təsdiq edib ki, "keçid hökuməti daimi hökumətin fəaliyyət göstərməsi üçün şərait yaratmaqla məşğul olacaq".

Mühəmməd əl-Bəşir daha əvvəl İdlibdə mərkəzləşmiş "Suriya Xilasetmə Hökuməti"nin rəhbəri olub.
 
N.Təbrizli










www.anews.az
Chosen
23
anews.az

1Sources