EN

Suriyada müvəqqəti hökumətin başçısı bu şəxs oldu

İdlibdə müxalifətin yaratdığı “xilas hökuməti”nin başçısı Məhəmməd Əl-Bəşir Suriyanın keçid dövrü üçün müvəqqəti hökumətinin başçısı təyin edilib.

Publika.az xəbər verir ki, bu barədə Məhəmməd Əl-Bəşir “Əl-Hədas” telekanalına özü bildirib.

O, ölkədə keçid dövrünün bitməli olduğu 2025-ci il martın 1-dək vəzifəsini icra edəcəyini qeyd edərək, Suriyada müvəqqəti hökumət qurmaq niyyətini də bəyan edib.

Eyni zamanda Əl-Bəşir izah edib ki, onun təyinatı ilə bağlı qərar müxalifət rəhbərliyinin nümayəndələrinin görüşündə verilib.

Chosen
44
publika.az

1Sources