Bu gün Gürcüstan prezidenti Salome Zurabişvili Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri ilə işgüzar nahar edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstan nümayəndəliyindən bildirilib.
Qeyd olunub ki, naharı Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski təşkil edib.
“Zurabişvilinin Gürcüstanın demokratik və Avropa səylərini müdafiə etməsi həlledici əhəmiyyət kəsb edir. Aİ gələn həftə Brüsseldə keçiriləcək şura toplantısında əlavə tədbirləri nəzərdən keçirəcək”, - məlumatda deyilir.
Qeyd edək ki, dekabrın 16-da Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin iclası keçiriləcək. Toplantıda Gürcüstana sanksiyaların tətbiqi məsələsinin də müzakirə olunacağı gözlənilir.
Müəllif: Cəmilə Babayeva