EN

"Ferrari"dən ayrılan Sayns ən yaxşı nəticəni göstərib

İspaniyalı pilot Karlos Sayns karyerasında yeni səhifəyə uğurla başlayıb.

İdman.biz xəbər verir ki, Abu Dabidə keçirilən Formula-1-in mövsümsonrası testlərinin səhər sessiyasının nəticələrinə əsasən, dördqat Qran-Pri qalibi "Williams"ın sükanı arxasında ən sürətli vaxta imza atıb.

İlk dörd saatda Sayns ümumilikdə 60 dövrə vurub və 1.24,435 göstərici ilə təsnifatda birinci olub. İspaniyalının artıq keçmiş komanda yoldaşı "Ferrari"dən Şarl Lekler sessiyanı ikinci, "McLaren"dən Lando Norris isə üçüncü tamamlayıb.

Səhərin qalan nəticələrindən yalnız Yuki Tsunodanın "Red Bull" avtomobilində 11-ci yeri tutmasını qeyd etməyə dəyər. Yaponiyalı Saynsın ən yaxşı olan göstəricisinə bir saniyədən çox uduzub.

Ä°dman.biz

Məqalədə:
Chosen
31
idman.biz

1Sources