EN

İldə 50 min ton alabalıq - Xəzər dənizinin Qazaxıstan hissəsində genişmiqyaslı layihə

Astana, 10 dekabr, AZƏRTAC

Xəzər dənizinin Qazaxıstan hissəsində ildə 50 min tona qədər alabalıq yetişdirilməsi planlaşdırılır.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, bunu “Semurq İnvest” MMC-nin baş direktoru Nurjan Marabayev bildirib.

“Semurq İnvest” dəniz terminalları ilə yanaşı, əlavə iqtisadi və sosial fayda verəcək layihələr, o cümlədən akvakultura sahəsində layihə həyata keçirir. Bu layihə çərçivəsində Xəzər dənizinin bir bölməsində - Kurık limanından 20 kilometr cənubda ildə 50 min tona qədər həcmdə alabalıq yetişdirilməsi nəzərdə tutulur”, - deyə Marabayev vurğulayıb. Onun sözlərinə görə, bütün lazımi tədqiqatlar planlaşdırılıb, layihələndirmə tamamlanıb, texnologiya sınaqdan keçirilib və 2025-ci ildən layihənin icrasına başlanıla bilər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
34
6
azertag.az

7Sources