EN

Şəhid Amil Hüseynovun anım günü Füzulidə keçirildi - Vətən Naminə

">

Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, yerli ictimaiyyət nümayəndələri və dövlət rəsmiləri iştirak etdilər.

Amil Hüseynov 16 dekabr 1986-cı ildə Füzuli rayonunun Əhmədalılar kəndində anadan olmuşdur. 2004-2006-cı illərdə Beynəlxalq Sülhməramlı Ordunun tərkibində Kosovada xidmət edərək Azərbaycan Ordusunu layiqincə təmsil etmişdir. 2010-cu ildən Milli Ordu sıralarında xidmətə başlayan Amil Hüseynov 2012-2013-cü illərdə Türkiyədə keçirilən “Komando” kursunu uğurla bitirmiş və Beyləqan, daha sonra Horadiz şəhərində yerləşən hərbi hissələrdə kəşfiyyatçı kimi fəaliyyət göstərmişdir.

O, 44 günlük Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılmış və 10 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin igidliyi və fədakarlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Amil Hüseynov “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Tədbirdə şəhidin xatirəsinə ehtiram olaraq onun haqqında yazılmış “Zəfərin Amili” kitabının müəllifi Xalisə Məmmədova tərəfindən kitabın təqdimatı keçirildi. Şəhidin adı Əhmədalılar kəndində, Horadiz şəhərində və Cocuq Mərcanlı məktəblərində sinif otaqlarına verilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Vətən üçün canından keçmiş qəhrəmanlarımız heç vaxt unudulmayacaq!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Welcome Back!

Login to your account below

Retrieve your password

Please enter your username or email address to reset your password.

Add New Playlist

Chosen
42
6
vetennamine.az

10Sources