Gündəlik həyatın qayğılarından azacıq uzaqlaşmaq üçün hərə bir cür məşğuliyyətə üstünlük verir. Bunların arasında ən faydalısı şübhəsiz, kitab oxumaqdır. Kitab oxumağın faydaları sonsuzdur. Həm sağlamlığa, həm də fərdi inkişafa böyük töhfələr verir. Kitab oxumaq sizi çox fərqli bir insana çevirir. Dünyanı əvvəlkindən fərqli olaraq qavramağa başlayırsınız. Zəkanız kəskinləşir, beyin gücünüz artır.Statistikaya görə, kitab oxuyan cəmiyyətlər digərləri ilə müqayisədə daha çox inkişaf edib və mədəni səviyyələri yüksəkdir. Hadisələrə münasibəti və müdaxiləsi fərqlidir.
Kitab oxumağın elm tərəfindən təsdiq olunmuş 15 faydasını təqdim edirik:
1. Stresslə mübarizə aparmağın əsas yolu kitab oxumaqdır
Kitab oxumaq stressi aradan götürür. Gərgin keçən gündən sonra yatmazdan əvvəl azı 30 səhifə oxumaq ruhu və beyni qidalandırır.
2. Söz ehtiyatınız artır
Kitab oxumağın faydalarından biri də söz ehtiyatınızın artmasıdır. Kitablarda tez-tez rast gəlinən, lakin gündəlik həyatda istifadə etmədiyiniz sözləri öyrənmək qarşınızdakı insana təsir etmək üçün olduqca əlverişlidir.
3. Yaddaş problemlərinə kömək edir
Yaşlanma ilə ortaya çıxan yaddaş problemlərini kitab oxumaqla aradan qaldırmaq olar. Kitab oxuyan insanlarda altsheymer kimi xəstəliklərin riski 50% daha azdır. Zehnin inkişafı üçün kitab oxumaq vacibdir.
4. Həyatı sevmək üçün səbəbdir
Gündəlik problemlərin stressi həyata baxışınıza zərbə vurur. Xüsusən bədii kitablar sizə fərqli dünyaları tanıdır. Kitab oxuyan insan ümidini itirmir.
5. Sağlam yuxu üçün faydalıdır
Yuxu problemi olan insanlara kitab oxumağın faydasını elm sübut edib. Yatmazdan əvvəl oxuyacağınız bir neçə səhifə sağlam yuxu gətirəcək.
6. Kitab oxumaq vərdişiniz keçicidir
Valideynlərin ən böyük öhdəliklərindən biri də övladlarına kitab oxumaq vərdişi qazandırmaqdır. Oxuyan ata və ana uşaqlar üçün ideal nümunədir.
7. Özünüzü daha yaxşı ifadə edərsiniz
Məlumatınız, söz ehtiyatınız artacaq, beləliklə, özünüzü daha yaxşı ifadə edəcəksiniz. Belə insanlar sosial və iş həyatında daha uğurlu olurlar.
8. Təklik hissi yaşamazsınız
Yəqin ki, kitabın ən yaxşı dost olmasını eşitmisiniz. Hər yerdə yanınızda olan səmimi dostdur. Kitab oxuyanlar təklikdən şikayətlənməzlər.
9. Praktik düşünməyi inkişaf etdirir
Hadisələrə praktik yanaşmaq doğru seçimdir. Buna görə davamlı olaraq beyni çalışdırmaq lazımdır. Zehninizin inkişafı üçün kitab oxumaq gərəkdir.
10. Qərar vermə mexanizmi güclənir
Həyatın müəyyən anlarında bəzi qəti qərarlara ehtiyac yaranır. Belə durumlarda kitab oxuyan şəxslər daha doğru qərarlar verirlər.
11. Mədəni səviyyəni artırır
Kitab oxumaq həmişə sizə üstünlük qazandırır. Məsələn, fərdi inkişafa aid kitablar sizi həyata daha çox bağlayır. Əlavə məlumat qazanmağınız olduqca müsbətdir.
12. Kitab oxumaq insanı daha ağıllı edir
kitab oxumağın faydaları arasında yer alan bu əlamət sübut olunub. Davamlı kitab oxuyan şəxslərin beyinlərində yeni neyronlar yaranır və daha ağıllı olurlar.
13. Hədiyyə almaq seçimini zənginləşdirir
Xüsusi günlərdə hədiyyə seçmək çox çətindir. Sizin kimi kitab oxuyan dostlarınızın olması hədiyyə almaq prosesini asanlaşdıracaq. Sizə də kitab hədiyyə olunması əhvalınızı yüksəldəcək.
14. Kitab oxumaq peşəkarlığınızı artırır
Təhsil adığınız sahəyə aid çoxlu kitab oxumaq həmin sahədə əsl mütəxəssis olmağınıza şərait yaradır. Bu isə iş həyatınızın keyfiyyəti baxımından önəmlidir.
15. Kitab oxumaq təsirli bir dərmandır
Kitablar, yalnızlıqdan əziyyət çəkəndə sevimli dərmanınıza çevriləcək. Qripdən əziyyət çəkib çarpayıya uzandıqda kitab oxumaqla vaxt keçirmək sizə müsbət təsir göstərəcək.
Kitablar mövzusunda maraqlı məqalələrimiz:
- Detektiv janrında yazılmış ən yaxşı kitablar
- Bütün zamanların ən çox oxunan 20 kitab təklifi 2021
- Ən yaxşı kitab təklifləri 2021