EN

Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Suriyada son vəziyyət barədə dekabrın 10-da yaydığı bəyanatda deyilir.

Sənəddə bildirlir ki, Azərbaycan  Suriyada baş verən prosesləri izləyir.

“Bu çərçivədə, eyni zamanda qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir. Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir”.

Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına umidvar olduğunu bildirir.

“Azərbaycan qardaş Türkiyə və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır. Eyni zamanda, Azərbaycan Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan həmçinin 2020-ci ildən başlayaraq Türkiyəin ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriyadan ölkəmizə repatriasiyasıyası işini davam etdirəcək”, bəyanatda qeyd edilir.

Chosen
33
turan.az

1Sources