EN

Radiatorda paltar qurutmaq sağlamlığa ziyandır? AÇIQLAMA

Bir çox insanların paltarları yuduqdan sonra radiatorda qurutmaq vərdişi var. Çünki əşyalar bu şəkildə daha tez quruyur.

Mövzu ilə bağlı professor Adil Qeybulla İNFOAZ.WS-ə açıqlamasında yağ və suyla işləyən radiatorların sağlamlığa heç bir təhlükəsi olmadığını bildirib.

” Əgər üzərində pas yoxdursa təhlükəsi yoxdur. Bəzi radiatorlar paslana bilir. Onun üzərində paltar qurutmaq olmaz. Mikroblar bədənə keçə bilər”.

Professor radiatorların üstünün ya boya ilə boyanmalı ya da paslanmayan materialda olmalı olduğunun qeyd edib.

“Radiatorlardan istifadə edən zaman qapalı bir yerdə buxarlanan hava nəmi artırır. Yaxşı olar ki , belə yerlərdə ventilyasiya olsun”.

Fatimə Məmmədova

İNFOAZ.WS

Chosen
28
infoaz.ws

1Sources