EN

“Hamı bilirdi ki, zədəm var, yəqin ona görə çağrılmamışam” – Xətai Bağırov

Futzal üzrə AÇ- 2026-nın əsas mərhələsində İsveçlə qarşılaşacaq Azərbaycan yığmasının heyəti açıqlanıb. Baş məşqçi Vitali Borisov üçü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib.

Amma onların sırasında “Neftçi” İK-nın hücumçusu Xətai Bağırov yoxdu. “Football-plus.az” bunun səbəbini öyrənmək üçün Xətai bəyə müraciət edib:

“İki-üç gündü məşqimiz yoxdu. Sonuncu oyunda bir qədər əzələ dartılması oldu. Ayağımda ağrı var. Hamı bilirdi ki, zədəm var, yəqin ona görə çağrılmamışam”.

ƏSƏD SEYİDOV
Chosen
50
football-plus.az

1Sources