EN

Azərbaycan Ordusunun hərbçisi odlu silahdan açılmış atəş nəticəsində həlak oldu

Bakı. Trend:

Müdafiə Nazirliyinin hərbi qulluqçusu, əsgər Cəfərli TarıverdiZaur oğlu odlu silahdan açılmış atəş nəticəsində həlak olub.

Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuatxidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Trend-in sorğusuna cavabolaraq bildirib ki, faktla bağlı Naxçıvan hərbi prokurorluğunaməlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Naxçıvan hərbi prokurorluğunun vəAzərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika vəİnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindənhadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsbedən predmetlər maddi sübut kimi götürülmüş və digər hərəkətləricra edilib.

Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan RespublikasıCinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraqşahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icrayayönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinəuyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir faktavə əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.

Azərbaycan
Məqalədə:
Chosen
42
33
az.trend.az

10Sources