EN

Qəddafi “Sıra sizə də gələcək” deyəndə, Əsəd gülmüşdü - Video

Liviyanın devrilmiş prezidenti Müəmmər Qəddafinin 2008-ci ilin martın 29-da Suriyanın paytaxtı Dəməşqdə (Şam) Ərəb liderlərinin toplantısında etdiyi çıxışı yenidən gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, Qəddafi həmin çıxışı zamanı İraq lideri Səddam Hüseyinin ölümünü misal çəkib bu ifadəni işlətmişdi:

“Səddamın başına gələnlər sizi də gözləyir. Sıra sizə də gələcək”.

Həmin vaxt Ərəb ölkələri liderlərinin gülüşləri salonda əks-səda verir.

Maraqlısı isə budur ki, təbəssümü ekranlara yansıyan siyasilərdən biri də bir neçə gün əvvəl Suriyada hakimiyyəti devrilən prezident Bəşər Əsəd olur. 

Suriyada baş verən siyasi yeniliklərin fonunda Qəddafiyə gülən Əsədin aqibətini bir növ tarixin istehzası da adlandırmaq olar.

Qəddafinin həmin çıxışını təqdim edirik:

Chosen
42
9
qafqazinfo.az

10Sources