EN

"Boeing"dən kütləvi ixtisarlar

ABŞ mərkəzli qlobal aviasiya şirkəti "Boeing"in işçi qüvvəsini 10 faiz azaltmaq planı çərçivəsində növbəti işçi ixtisarına hazırlaşır.

Valyuta.Az xəbər verir ki, Vaşinqton ştatının Məşğulluğun Təhlükəsizliyi Departamentinə verilən məlumata əsasən, "Boeing" gələn ilin fevral ayından etibarən 396 əməkdaşını işdən azad edəcək.  

"Boeing" sentyabr ayında zavod işçilərinin tətilə başlamasından sonra xərcləri azaltmaq məqsədilə işə götürmələri dayandırmaq, səyahətləri məhdudlaşdırmaq və zəruri olmayan xərcləri təxirə salmaq kimi tədbirlər planlaşdırdığını açıqlamışdı.  

Şirkət oktyabr ayında işçi qüvvəsini 10 faiz azaltmağı planlaşdırdığını bəyan etmişdi. ABŞ mətbuatında yayımlanan xəbərlərdə işdən azad ediləcək əməkdaşların sayının 17 minə çata biləcəyi qeyd olunmuşdu.  

Noyabr ayında verilən son məlumata görə, "Boeing" dekabr ayında 2 mindən çox əməkdaşını işdən azad edəcəyini bildirmişdi.  

Rəhim

Chosen
47
valyuta.az

1Sources