EN

HƏMAS daha 14 nəfəri sərbəst buraxdı

HƏMAS girov saxladığı daha 14 israillini sərbəst buraxıb. Gununsesi.info xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Qırmızı Xaç Cəmiyyətindən alınan məlumata görə, oktyabrın 7-dən Həmas hərəkatının əsirliyində saxlanılan 14 israilli girov və digər 3 əcnəbi yardımçılara təhvil verilib. Beləliklə, HƏMAS girovların üçüncü qrupunu azad edib. Qeyd edək ki, bundan əvvəl HƏMAS ilk mərhələdə 13 İsrailli, 10 taylandlı və 1 filippinlini azad etmişdi.  13 İsrail və 4 Tayland vətəndaşından ibarət ikinci qrup noyabrın 26-na keçən gecə sərbəst buraxılıb.  Gununsesi.info

Chosen
710
50
gununsesi.info

10Sources