EN

Bu iki reperin edamı istənilib

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Green yetkinlik yaşına çatmayanlara cinsi istismarda ittiham olunan qalmaqallı amerikalı reperlər Cey Zi və P.Diddinin edam edilməsini istəyib.

 

Sfera.az xəbər verir ki, konqresmen sosial şəbəkədəki səhifəsində yazıb:

 

“Hesab edirəm ki, uşaq zorlayıcıları məhkəmə onları təqsirli bilsə, edam edilməlidir”.

 

Qrin hesab edir ki, uşaqlara qarşı zorakılıq ən ağır şəkildə cəzalandırılmalıdır. 

 

Xatırladaq ki, daha çox Cey-Zi kimi tanınan reper Şon Karter 2000-ci ildə P.Diddi kimi tanınan Şon Kombs ilə birlikdə 13 yaşlı qızı zorlamaqda ittiham olunub İddiaya görə, bu, Nyu-Yorkda MTV Video Musiqi Mükafatlarından sonra keçirilən ziyafətdə baş verib.

 

İnci

Chosen
45
sfera.az

1Sources