EN

Əsəd Türkiyənin hava məkanından keçərək qaçıb? - Rəsmi Ankaradan açıqlama

Suriyada süqut edən Baas rejiminin devrilmiş lideri Bəşər Əsədin Rusiyaya qaçarkən Türkiyənin hava məkanından istifadə etməsi barədə dünyanın bir sıra nüfuzlu media orqanlarında xəbər yayılıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məsələyə Xarici İşlər Nazirliyi operativ reaksiya verib.

XİN-dən bildirilib ki, yayılan məlumatın əsası yoxdur: "Əsədin içində olduğu təyyarə Türkiyə hava məkanından istifadə etməyib. Əlbəttə, Türkiyə hava məkanından istifadənin icazəyə açıq olub, lakin onu Rusiyaya aparan təyyarə ilə bağlı Türkiyədən icazə istənilməyib".

Lamiyə Əhmədli

MİA.AZ

Chosen
48
mia.az

1Sources