Biləsuvarda 4 yaşlı qız qəfil vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan, 2000-ci il təvəllüdlü Nuray Niyaməddin qızı Əliyevanın qəfil halı pisləşib və valideynləri tərəfindən dərhal xəstəxanaya aparılıb.
Təəssüf ki, həkimlərin bütün səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, Nuray ailənin 10 ildən sonra dünyaya gələn yeganə övladı idi.
Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu