EN

Suriyada müvəqqəti hökumət quruldu – ADLAR

Suriyanın müvəqqəti hökumətinin tərkibi formalaşıb və baş nazir vəzifəsini icra edən Məhəmməd Əl-Bəşir tərəfindən elan olunub.

Musavat.com xəbr verir ki, Suriya Koalisiyasının Baş Assambleyası müvəqqəti baş nazir Cavad Əbu Hətabın ona təqdim etdiyi müvəqqəti hökumətin yeni tərkibini təsdiqləyib.

Səkkiz nazirdən ibarət yeni hökumət, bazar ertəsi İstanbulda başlayan Baş Assambleyanın iclasında iştirak edən 98 üzvdən 68-nin etimadını qazanıb.

Yeni müvəqqəti hökumət səkkiz nazirlik, bir baş nazirin müavini və iqtisadi məsələlər üzrə nazir müavinindən ibarətdir.

Nazirlər bunlardır: maliyyə naziri Abdel Moneim Alhalabi, səhiyyə naziri Məhəmməd Firas Aljundi, ali təhsil naziri Əbdüləziz Əlduğem, təhsil naziri İmad Əlbarq, yerli idarəetmə naziri Yaqub Ələmmar, kənd təsərrüfatı naziri Camal Kallaş, Abdullah Razzouk xidmətlər naziri, Əkrəm Tomeh baş nazirin müavini, müvəqqəti hökumətin başçısı ikən Daxili işlər naziri vəzifəsini Cavad Əbu Hətab öz üzərinə götürüb.

Yeni müvəqqəti hökumət, sabitliyə nail olmaq, həmçinin Suriya xalqına xidmət etmək məqsədi ilə milli qurumlar, xadimlər və maraqlı tərəflərlə əməkdaşlıq edərək əhaliyə xidmət göstərmək, onların işlərini idarə etmək üçün azad edilmiş ərazilərdə yerləşəcək.

Yeni müvəqqəti hökumət həmçinin sabitliyi bərpa etmək üçün inkişaf layihələri və yerli resurslara effektiv investisiyalar vasitəsilə Suriya xalqının dəyanətini artırmağı hədəfləyir.

Bu keçid hökuməti 2025-ci ilin martına qədər fəaliyyət göstərəcək.

Bu qərar Suriya müxalifətinin və beynəlxalq tərəfdaşların müzakirələri əsasında formalaşdırılıb.

Chosen
15
1
medianews.az

2Sources