EN

ABŞ əsgərləri Suriyadan geri çəkilməyəcək -

Əsəd rejiminin devrilməsindən sonra ABŞ əsgərləri Suriyadan geri çəkilməyəcək. Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Müşavirinin müavini Con Finer açıqlama verib. O ABŞ-ın bölgədəki hərbi varlığı ilə bağlı diqqətçəkən ifadələr səsləndirib. Con Finerin sözlərinə görə, ABŞ əsgərləri çox xüsusi və əhəmiyyətli bir səbəbdən oradadırlar. Amerikalı rəsminin iddiasına görə, əsgərlər İŞİD-ə qarşı döyüşmək üçün Suriyadadır və ABŞ hələ də bu missiyaya sadiqdir.

Finer ABŞ əsgərlərinin Suriyada qalıb-qalmayacağı ilə bağlı suala cavabında bildirib ki, Vaşinqtonun hərbçiləri geri çəkmək planı yoxdur.

Chosen
54
41
metbuat.az

10Sources