Vətəndaşlar qeyd edirlər ki, MKİS əməkdaşları "zibil pulu"ndan əlavə, özəlləşdirilmiş mənzilin kvadratmetrinə görə hesablanmış ödəniş tələb edirlər.
Maraqlıdır, belə bir qanun varsa, ödəniş hansı tariflə hesablanır?
Oxu.Az-ın əməkdaşı mövzu ilə bağlı suallarını aidiyyəti quruma ünvanlayıb.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən (MKTD) sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli, 40 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Əlavədə sözügedən məsələ qeyd olunub:
"Dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) tam kommunal təminatlı mənzillər üçün 1 kv. metr yaşayış sahəsinə görə bir ayda 2 qəpik, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün 1 kv. metr yaşayış sahəsi üçün bir ayda 2 qəpik xidmət haqqı tarifləri təsdiq edilib, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının "Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə" 29.06.2024-cü il tarixli, 8 saylı qərarına əsasən, 01.07.2024-cü il tarixdən əhali üçün bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsinə görə adambaşına bir ayda 1 manat (1 iyul tarixinədək adambaşına bir ayda 30 qəpik olub) kommunal xidməti tarifi müəyyən edilib".
Məlumatda bildirilib ki, yaşayış sahəsinə və kommunal xidmətə görə haqq hər ay üçün mənzil-istismar təşkilatlarının təqdim etdiyi ödəniş sənədləri əsasında həmin xidmətlərdən istifadə edən şəxslər tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 mart tarixli 40 nömrəli Qərarının 1 nömrəli əlavəsinə müvafiq olaraq təsdiq edilmiş məbləğdə vaxtında və tam şəkildə ödənilməlidir:
10Sources
-
valyuta.azMKİS-lər vətəndaşlardan mənzil haqqı yığa bilər? ( 13996423)
-
medianews.azMKİS-lər vətəndaşlardan mənzil haqqı YIĞA BİLƏRLƏR? ( 13847944)
-
demokrat.azMKİS-lər vətəndaşlardan mənzil haqqı yığa bilər? ( 13846147)
-
oxu.azMKİS-lər vətəndaşlardan mənzil haqqı YIĞA BİLƏRLƏR? ( 13845712)
-
unikal.az"E-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq ( 13841038)
-
oxu.az"E-bildiriş"in təqdim edilməsinə görə xidmət haqqı tutulacaq ( 13840174)
-
oxu.azBakıda 7 milyon manata mənzil satılır ( 13805446)
-
unikal.azLukaşenko Putini razı saldı - “Oreşnik”lər Belarusa göndəriləcək ( 13733101)
-
oxu.azÖdəmə terminalından səhvən başqasına pul göndərənlər vəsaitlərini necə geri ala bilərlər? ( 13731235)
-
oxu.azBakı-Sumqayıt ekspres marşrut avtobusunun dayanacaqları və gediş haqqı AÇIQLANDI ( 13725691)