EN

Əsədi yıxan üsyançılar guya İsraili hədələdi: "Biz Qüdsə gəlirik!.."-VİDEO

Bu hadisənin İsrail kəşfiyyatı tərəfindən təşçil edilmiş bir provakasiya olması da mümkündür....
 
Guya suriyalı üsyançılar İsrail Müdafiə Ordusu(İMD) Baş Qərargah rəisinin sözlərinə cavab vermək istədiklərini bildiriblər...
 
Suriyada Bəşər Əsəd rejimini devirən qiyamçılar Qüdsə gəlməyə hazırlaşdıqlarını bildirərək İsrailə qarşı təhdidlər səsləndiriblər.
 
Moderator.az  İsrail mediasına istinadla xəbər verir ki, bu barədə “Aleksey Jeleznovun kanalı” yazır.
 
"İsrail Baş Qərargah rəisi Halevi deyir ki, Suriya döyüş cəbhəsidir və biz ona deyirik: Biz hara gəlirik? Qüdsə, siz yəhudilərin yanına gəlirik!", - deyə üsyançılar bildirib.
 
Bu arada baş nazir Benyamin Netanyahu Suriyanın yeni hökuməti ilə əməkdaşlığa hazır olduğunu bildirib və belə bir qarşılıqlı fəaliyyətin yalnız bir sıra şərtlər yerinə yetirildiyi təqdirdə mümkün olduğunu vurğulayıb.
 
O, həmçinin bəyan edib ki, İsrail Suriyanın daxili işlərinə qarışmır, lakin öz milli maraqlarını fəal şəkildə müdafiə etməkdə davam edir. Nümunə olaraq Netanyahu Suriya ordusunun tərk etdiyi strateji hədəflərə İMD-nin son hava zərbələrini qeyd edib.
 
P.S. Bu hadisənin İsrail kəşfiyyatı tərəfindən təşçil edilmiş bir provakasiya olması da mümkündür....
 

 

Chosen
39
31
moderator.az

10Sources