EN

Həbs edilən sabiq müdafiə naziri intihara cəhd etdi

Cənubi Koreyada hərbi vəziyyət elan olunmasını prezident Yun Sok Yola təklif etdiyi iddia edilən sabiq müdafiə naziri Kim Yonq-hyu intihara cəhd edib.

Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat verib.

Bildirilib ki, Kim məhkəmə qərarı ilə köçürüldüyü paytaxt Seulun şərqindəki həbsxanada intihara cəhd edib.

Həbsxana müdiri onun uğursuz cəhddən sonra mühafizə kamerasında saxlandığını və səhhətinin yaxşı olduğunu bildirib.

Xatırladaq ki, Yun Sok Yol müxalifəti qiyamın hazırlanmasına yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Parlamentdə üstünlüyü olan müxalifətin səyi ilə Milli Assambleyada keçirilmiş gizli səsvermədə Prezidentin hərbi vəziyyət qərarı rədd edilib.

Chosen
47
publika.az

1Sources