EN

Qəhvənin qiyməti tarixi ZİRVƏYƏ ÇATDI

Qəhvə ilin ən çox tələbat olan məhsullarından birinə çevrilib. Qlobal qıtlıq ehtimalı səbəbindən qiymətlər rekord səviyyəyə yüksəlib.

Medianews.az oxu.az-a istinadla xəbər verir ki, Nyu-Yorkda arabika növü qəhvənin fyuçersləri bir funt (0.45 kq) üçün 3.44 dollara satılır. Bu, 1977-ci ildə qeydə alınmış əvvəlki tarixi maksimumu geridə qoyub.

Qiymət artımının əsas səbəbi Braziliyadakı quraqlıqdır. Bu təbii fəlakət səbəbindən yaxın gələcəkdə qəhvə tədarükünün azalacağı gözlənilir. Bundan əlavə, Vyetnamda daha ucuz olan robusta növünün istehsalına da hava şəraiti mənfi təsir edib.

Chosen
38
2
medianews.az

10Sources