EN

Astara şəhər 4 saylı orta məktəb "adada yerləşir" -FOTOFAKT

AstaraŞəhid Şixəli Qasımov adına Astara şəhər 4 saylı tam orta məktəbə getmək üçün ya üzgüçü olmaq, ya da bir qayığın olması vacibdir...Şəhid Şixəli Qasımov adına Astara şəhər 4 saylı tam orta məktəbin yolları keçilməz olub. Rayon sakinlərinin Yenixeber.org-a ünvanladığı müraciət və fotolardan məlum olur ki, bu məktəbə getmək üçün ya üzgüçü olmaq, ya da bir qayığın olması vacibdir...Aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik: Şəhid Şixəli Qasımov adına Astara şəhər 4 saylı tam orta məktəbinə gedən yollar heç də şəhidə layiq deyil. Belə ki, yollar uzun müddətdir ki, təmir olunmur və keçilməz vəziyyətdədir. Bununla bağlı Astara sakinləri şikayətlərini bildirirlər.Adıçəkilən məktəbin asfaltsız yolları şagirdlərin və müəllimlərin hərəkətini çətinləşdirir. Çünki, çala-çuxurlu olduğundan, kəskin yağıntılı Astarada bu cür yolları payız və qış mövsümündə asanlıqla su basır.“Uzun illərdir ki, uşaqlarımız məktəbə getməkdə çətinlik çəkirlər. Bəzən bu yollarla avtomobilsiz getmək mümkün olmur. Ancaq, hər kəsin övladını maşınla məktəbə göndərmək imkanı yoxdur. Bu səbəbdən də uşaqlar magistral yolla məktəbə getməyə məcbur olurlar. Bu da, onlar üçün təhlükəlidir və çox vaxt aparır. Adiyyəti qurumlar məsələyə nəhayət əncam çəksinlər”, – deyə valideynlərdən biri qeyd edib.Qeyd edək ki, məsələ daha öncə də mediada yer almasına baxmayaraq, aidiyyəti qurumlar reaksiya verməyib. Doğrudur, bu işə bələdiyyə və ən əsası, Astara Rayon İcra hakimiyyəti məsuldur, lakin məktəb rəhbərliyi və LARTİ də problemin həlli üçün məsələ qaldırmalıydı. Belə görünür ki, onlar ciddi səs-küyün qopmasını, problemin daha güclü şəkildə gündəmə gəlməsini gözləyirlər. Hər halda, 10 ildir məktəbə rəhbərlik edən direktor Rəna Hüseynova, görünür ki, ucqarda yerləşən bu məktəbin əks-sədasının Bakıdan gəlməyəcəyini düşünür.Yenixeber.orgAstaraAstara

Chosen
34
yenisoz.az

1Sources