EN

Bakıda ağıllı radar quraşdırılıb? - Sürücüləri çaşbaş qoyan məsələ 

Sosial şəbəkələrdə Hava Limanı yolu istiqamətində – Koroğlu metrostansiyası və Bakı Olimpiya Stadionunun qarşısından Mərdəkan dairəsinə qədər radarlararası zamanı ölçən cihaz yerləşdirildiyi ilə bağlı iddialar yayılıb.


“Saatda 90 kilometrlik yolu keçəndən sonra sürəti qaldırıb 120-yə çatdırırsan və yenidən 90-a endirirsən. Radar həmin müddəti də ölçür. Məsələn, bir radardan digərinə 1 dəqiqə 10 saniyəyə keçməlisənsə, sürəti artırdığın üçün 50 saniyəyə keçirsən və belə olan halda cərimələnirsən”, – sürücü mövzuya münasibət bildirərkən deyib.


Baku TV sürücüləri çaşbaş qoyan məsələni araşdırarkən məlum olub ki, sözügedən yolda onların iddia etdiyi əlavə qurğuların quraşdırılması müşahidə olunmur.

Ətraflı süjetdə:


Chosen
6
7
referans.az

8Sources