EN

Cənubi Koreyanın Prezident Administrasiyasında axtarış aparılır - VİDEO

Cənubi Koreya polisi ölkə başçısı Yun Sok Yolun Prezident Administrasiyasında axtarış aparır.

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, söhbət hərbi vəziyyət hadisələrinin araşdırılması üçün yaradılmış Xüsusi istintaq qrupundan gedir. Bundan əlavə, Xüsusi qrup Milli Polis Agentliyinin qərargahında və paytaxt polisinin binasında da axtarışlar aparır.

Xatırladaq ki, daha əvvəl Koreya Respublikasının Polisi Milli Polis Agentliyinin baş komissarı Ço Çji Ho və paytaxt polisinin rəisi Kim Bon Siki həbs etmişdi.

Chosen
74
7
korrespondent.az

10Sources