EN

“Qalatasaray”ın ulduzu gedir

“Qalatasaray”da istədiyi vaxtı tapa bilməyən və özünə klub axtaran  Kerem Demirbaya Yunanıstanın nəhəngi “Olimpiakos”un maraq dairəsinə düşüb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sarı-qırmızılılar 31 yaşlı ulduz orta sahə futbolçusu pulsuz buraxmaq istəmir.

Komandada çox az forma şansı qazandığı üçün klubu tərk etmək istəyən təcrübəli futbolçu Demirbayın xidmətində Yunanıstan mətbuatının xəbərinə görə, “Olimpiakos” maraqlıdır.

“Qalatasaray”ın ötən mövsüm “Bayer Leverkusen”dən 3.7 milyon avro qarşılığında heyətinə qatdığı Kerem Demirbay komanda da meydana çıxdığı 61 matçda 7 qol atıb və 9 asistlə yadda qalıb.

O, bu mövsüm isə 3-ü 11-də başlamaqla, 19 oyunda cəmi 464 dəqiqə oynaya bilib və 2 asist edib. 31 yaşlı futbolçunun bazar dəyəri 4.4 milyon avro olaraq göstərilir. Klubu ilə müqaviləsi 2026-cı ildə başa çatır.

Qeyd edək ki, “Olimpiakos” yay transfer dövründə “Cim-bom”dan Serxio Oliveiranı heyətinə qatmışdı. /milliaz

Chosen
15
1
konkret.az

2Sources