Bakı Sağlamlıq Mərkəzi (BSM) bir gündə iki tender keçirib. Tribunainfo.az xəbər verir ki, dünən hər iki tenderin nəticələri məlum olub.
Onlardan biri iki ədə sedan tipli iki ədəd avtomobilin alınması ilə bağlıdır. Qeyd edək ki, BSM bununla bağlı “AUTO AZƏRBAYCAN” MMC ilə satınalma müqaviləsi imzalayıb və 122.000 manat vəsait ödəyəcək. Bu, o deməkdir ki, Mərkəz bir avtomobili 61 min manata alacaq.
İkinci tender isə təsərrüfat (məişət və tibbi tullantı torbaları) mallarının satınalınması ilə bağlıdır. “LOKAL GROUP” MMMC ilə imzalanmış müqavilənin dəyəri isə 19.357,9 manatdır.
Xatırladaq ki, Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənovdur.