EN

Bakıda ağılagəlməz xidmət: ödənişlə qulaq sındırırlar - QİYMƏT/FOTO

Son günlər Azərbaycanda maraqlı və eyni zamanda təəccüblü bir tendensiya müşahidə olunur.

Gənclər arasında "idmançı görünüşü" əldə etmək üçün qulaqlarını qəsdən zədələtmək dəbə çevrilib.

Bunun üçün sosial şəbəkələrdə xüsusi səhifələr yaradılıb və burada qulaqsındırma xidməti təklif olunur.

Sosial şəbəkələrdə bu "xidmət"i təklif edənlər, qulaqlarını qırdıqları şəxslərin videolarını paylaşaraq, yeni müştərilər cəlb etməyə çalışırlar.

Qiymətlər isə olduqca "əlverişli"dir.

Bakupost.az-ın əməkdaşı bu "xidmət"i göstərənlərlə əlaqə saxlayıb, qiymətlərlə maraqlanıb.

Bildiriblər ki, bir qulağın qırılması 50 manat, hər iki qulağın qırılması üçün isə 100 manat ödənilir:

"Əgər qulaqlar əvvəllər hansısa şəkildə zədələnibsə, xidmətin qiyməti bir qədər də arta bilər".

Lor həkimi Elxan Zərgərov isə bildirib ki, qulağın bu cür sındırılması çox təhlükəlidir:

"Qulağı sındıranda içinə qan yığılır, qığırdaq qidalanmır və öz funksiyasını itirir. Nəticədə çapıq əmələ gəlir. Bu, eşitməyə çox zərər vermir, amma çox təhlükəlidir. Qulaq sındırılanda infeksiya keçə bilər, bu, hətta bəzən qulağın çürüməsiylə belə nəticələnə bilər. Mən bir çox ölkədə olmuşam, belə bir şeyi ancaq Azərbaycanda görürəm". 

1251057_(1).png

Chosen
44
16
ekologiya.az

10Sources