Suriyalı siyasətçi qeyd edib ki, İslam yönümlü dövlət qurmaq layihəsi ölkə üçün zərərlidir.
Turkustan.az xəbər verir ki, bu fikri "TASS" müxbirinə şərhində tanınmış suriyalı siyasətçi, Cenevrə və Astanada Suriya üzrə danışıqlarda müxalifət nümayəndə heyətinin keçmiş rəhbəri Məhəmməd Alluş bildirib.
O, qeyd edib ki, Suriyada islam yönümlü dövlət qurmaq layihəsi Suriya xalqına uyğun deyil.
Bildirək ki, Məhəmməd Alluş Ceyşül-İslam qrupunun qurucularından biridir, 2016-cı ildə Cenevrədə keçirilən sülh danışıqlarında müxalifətin baş müzakirəçisi təyin edilib və 2017-ci ildə Suriya müxalifətinin nümayəndə heyətinə rəhbərlik edib.
Aytən Yaşar/ Turkustan.az