EN

Azərbaycanın tədiyyə balansının profisitində kəskin azalma

Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin 9 ayı üzrə Azərbaycan Respublikasının tədiyə balansını aşıqlayıb.

Marja.az Mərkəzi Banka istinadən təqdim edir.

Qeyd edilib ki, 9 ay ərzində cari əməliyyatlar balansında 4 milyard dollar profisit formalaşmış, kapital və maliyyənin hərəkəti balansında isə 3,6 milyard manat kəsir formalşmışdı. Nəticədə tədiyyə balansının profisiti təxminən 181,6 milyon dollar olub. 

Müqayisə edək ki, 2023-cü ilin 9 ayı üzrə tədiyə balansı əsasən neft və qaz qiymətlərinin əlverişli olması, qeyri-neft-qaz ixracının artması və kapitalın və maliyyənin hərəkəti hesabında müsbət meyllərdən təsirlənmişdi. Cari əməliyyatlar balansında 6.7 milyard, kapital və maliyyənin hərəkəti hesabında isə 0.4 milyard dollar profisit yaranmış, ehtiyat aktivləri (tədiyyə balansının profisiti) 6.4 milyard ollar artmışdı.

Cari əməliyyatlar balansına - ölkənin xarici ticarət balansı, xidmətlər balansı, ilkin gəlirlər balansı və təkrar gəlirlər balansı daxildir. 

Cari əməliyyatlar balansında və kapital və maliyyənin hərəkəti hesabında baş vermiş əməliyyatların nəticəsi olaraq ölkənin strateji valyuta ehtiyatlarının artıb/azalmasını ifadə edir. Təcrübədə cari əməliyyatlar balansı profisitli olduqda, bu profisit kapital və maliyyənin hərəkəti hesabının kəsirini maliyyələşdirir. Əgər cari əməliyyatlar balansının profisiti kapital və maliyyənin hərəkəti hesabının kəsirini üstələyirsə, bu halda yaranmış fərq ehtiyat aktivlərini artıra bilər. 

2024-cü ilin 9 ayı üzrə (yanvar-sentyabr) tədiyyə balansı

Chosen
39
1
marja.az

2Sources