EN

Dəməşqdəki yeni hakimiyyət xaricə qaçmış suriyalıları vətənə qayıtmağa çağırır

Bəşər Əsədin prezidentlikdən getməsindən sonra hakimiyyətə gələn Suriya müxalifəti xaricdə olan suriyalıları ölkənin qurulmasına töhfə vermək üçün öz ölkələrinə qayıtmağa çağırır.

Bunu Suriya müxalifətinin siyasi idarəsinin nümayəndəsi Qətərin “Al Jazeera” telekanalına açıqlamasında deyib.

“Biz xaricdəki suriyalıları ölkənin qurulmasına töhfə vermək üçün öz ölkələrinə qayıtmağa çağırırıq”, – o bildirib.

Rəsminin sözlərinə görə, “qarşıdakı dövrdə Suriya bütün xalqının səylərinə ehtiyac duyacaq”.

Xatırladaq ki, daha əvvəl ölkənin baş naziri vəzifəsini icra edən Məhəmməd əl-Bəşir Suriyada müvəqqəti hökumətin formalaşdırıldığını açıqlamışdı.

Chosen
32
3
korrespondent.az

4Sources