Aktual.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən brifinqdə qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.
Onun sözlərinə görə, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə 33,75 % az və 1,6 % çoxdur.
O bildirib ki, hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiyadan (411 milyon ABŞ dolları), Türkiyədən (133 milyon ABŞ dolları), ABŞ-dan (48 milyon ABŞ dolları), Gürcüstan (27 milyon ABŞ dolları) və Birləşmiş Krallıqdan (26 milyon ABŞ dolları) daxil olub.
9 ayda ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə isə ilk 5-likdə Türkiyə (118 milyon ABŞ dolları), ABŞ (45 milyon ABŞ dolları), Rusiya (44 milyon ABŞ dolları), Gürcüstan (36 milyon ABŞ dolları) və Birləşmiş Krallıq (22 milyon ABŞ dolları) qərarlaşıb.