Gələn ilin bayram günləri açıqlanıb.
Titul.az xəbər verir ki, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Bildirilib ki, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, bu qərarda nəzərdə tutulan günlər iş günü hesab edilmir.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!