ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edəcək.
Musavat.com xəbər verir ki, ABŞ dövlət katibi bu həftənin cümə günü Türkiyədə olacaq.
Səfər çərçivəsində Blinkenin Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub. Görüşdə Suriyadakı son hadisələr və regiona dair siyasətlər müzakirə ediləcək.
Nigar HƏSƏNLİ,
Musavat.com