Bakı. Trend:
Qırğızıstanın paytaxtı Bişkekdə fəaliyyət göstərən AzərbaycanMədəniyyət və Təhsil Mərkəzində müasir Azərbaycan dövlətininqurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ciildönümünə həsr olunmuş dərs keçirilib.
Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, mərkəzin müəllimi şagirdlərə Ümummilli LiderHeydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında məlumatverib.
Ulu Öndər haqqında film nümayiş olunub, şagirdlərin mövzu iləbağlı sualları cavablandırılıb.
Qeyd edilib ki, Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi 2022-ciildən “Birlik” İctimai Birliyinin təşəbbüsü və Diasporla İş üzrəDövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərir.