EN

İkili diplomlarla bağlı layihələrin sayı altıya çatıb

İkili diplomlarla bağlı layihələrin sayı altıya çatıb. Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
 
"İkili diplomlarla bağlı layihəyə bir neçə il öncə başladıq. Artıq bu proqramların sayı altıdır. Tələbə və məzunların sayı min nəfəri ötür. Tələbələr öz ölkələrindən getmədən xarici ölkələrin aparıcı diplomlarını əldə edə bilirlər. Bu ikili proqramlardan başqa Fransa-Azərbaycan,İtaliya-Azərbaycan,Türkiyə-Azərbaycan layihələri fəaliyyət göstərir. Bu da oxşar modeldir. Son ildə bu saya baxsaq, bu rəqəm bir neçə yüzə çatıb. Yəqinki qısa zamanda universitetlərin qısa zaman ərzində qəbuluna baxsaq bu min nəfərin üzərində olan qəbul sayıdır. Təxminən 7-8 il öncə azərbaycanlı gənclərin belə bir imkanı yox idi", - nazir "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.
 
Nazir vurğuladığı Türkiyə-Azərbaycan və İtaliya-Azərbaycan universitetlərinin fəaliyyəti bu ildən başlayıb. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
Chosen
18
anews.az

1Sources