Terror təşkilatı PKK/YPG Suriyaya ezam olunmuş "TRT Haber" komandasına kamikadze pilotsuz uçan aparatla hücum edib.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məklumat dərc edib.
Bildirilir ki, Suriyada Əsəd rejimini devirən müxaliflər rejimin süqutunu rəsmən elan etdikdən sonra Mənbicdə əməliyyat keçirib. Terror təşkilatı YPG/PKK-nın nəzarətində olan Mənbicdə keçirilən əməliyyat uğurla nəticələnib.
TRT komandası bu hadisələri yerində işıqlandırmaq üçün Mənbicdə canlı yayım edərkən PKK/YPG-nin hədəfinə çevrilib. Hücum zamanı komandanın avtomobilinə ciddi ziyan dəyərkən, komanda üzvlərinin hücumdan yüngül xəsarətlərlə xilas olduğu bildirilib.
Gülayə Mecid