EN

Xaricə köcürülən pul baratlarının həcmi açıqlanıb

Bu ilin ilk 9 ayında xaricdən Azərbaycana 848,5 milyon dollar pul köçürülüb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov məlumat verib. Onun sözlərinə görə, həmin məbləğlər ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.

"Hesabat dövründə Azərbaycana ən çox pul baratı Rusiyadan daxil olub - 411 milyon dollar. Türkiyədən daxil olan pul köçürmələrinin həcmi 133 milyon dollar, ABŞ-dan 48 milyon dollar, Gürcüstandan 27 milyon dollar, Birləşmiş Krallıqdan isə 26 milyon dollar olub".

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan xaricə isə 408 milyon dollar həcmində pul köçürülüb. S.Nəsirov bildirib ki, 9 ayda ölkədən xaricə köcürülən pul baratlarının həcminə görə ilk 5-likdə Türkiyə, ABŞ, Rusiya, Gürcüstan və Birləşmiş Krallıq yer alıb.

Chosen
27
vergiler.az

1Sources