EN

Qətər tezliklə Suriyada səfirlik açacaq

Qətərin 2011-ci ildən fəaliyyət göstərməyən Suriyadakı səfirliyi yaxın vaxtlarda açılacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qətəri Xarici İşlər Nazirliyinin rəsmisi Məcid əl-Ənsari QNA xəbər agentliyinə bildirib.

"Qətər səfirliyi zəruri prosedurlar başa çatdıqdan sonra yaxın vaxtlarda Suriyada fəaliyyətini bərpa edəcək", - o qeyd edib.

Chosen
19
operativmm.az

1Sources