EN

Femida könüllüləri sertifikatlarla təltif edildi - FOTO

Nizami Rayon Məhkəməsində fəaliyyətlərini uğurla başa vuran Femida Könüllülərinə sertifikatların təqdimetmə mərasimi baş tutub.


E-huquq.az xəbər verir ki, mərasimdə iştirak edən Nizami Rayon Məhkəməsinin sədri İlham Kərimli könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra məzun olan Femida könüllüləri sertifikatlarla təltif ediliblər.

Qeyd edək ki, #könüllülər may-avqust ayları ərzində Nizami Rayon Məhkəməsində fəaliyyətdə olublar. Onlar ilkin və yekun qiymətləndirməni uğurla keçərək, STEP I mərhələsini başa çatdırıblar.
Chosen
45
e-huquq.az

1Sources