ABŞ-ın Kaliforniya ştatında davam edən yanğın səbəbindən Kaliforniya bölgəsində yaşayan 20 mindən çox insan təxliyə edilib.
Qaziler.az arici mətbuata istinadən bildirir ki, Sakit okean sahilində yerləşən Kaliforniya ştatının Malibu şəhərində güclü külək səbəbindən yanğın baş verib.
Yanğının çox böyük əraziyə yayıldığını bildirən səlahiyyətlilər, 20 mindən çox sakin üçün təxliyə əmri verib.
Səlahətlilər küləyin sürətinin saatda 64 kilometrə çatdığını bildirdi.
Bölgədə təhlükəsizlik tədbirləri səbəbiylə 40 mindən çox insanın elektrik enerjisi kəsilib.
Bundan əlavə, Santa Ana adlanan güclü və quru küləklər səbəbindən digər bölgələrdə də yanğınların baş verə biləcəyi barədə xəbərdarlıq edilib.
Malibuda sürətlə yayılan alov səbəbiylə dünən Pepperdine Universitetinin kampusunda olan tələbələr və işçilər təxliyə edilib.
QAZİLER.AZ