EN

AMB qiymətli kağızlar bazarından əldə olunan gəlirləri açıqlayıb

2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın təşkilat, müəssisə və qurumları qiymətli kağızlar bazarından ümumilikdə 698 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov media brifinqində məlumat verib.

Samir Nəsirov bildirib ki, bu gəlirin 207 milyon ABŞ dolları cari ilin üçüncü rübünə təsadüf edir.

Bu göstərici Azərbaycanın qiymətli kağızlar bazarının aktivliyini və bu sahədən əldə olunan gəlirlərin dinamikasını əks etdirir.

Fuad Mədətov
Fins.az

Chosen
20
1
fins.az

3Sources