EN

Avstraliyada alimlər 323 flakon ölümcül virus itiriblər

Avstraliyanın Kvinslend şəhərindəki laboratoriya təhlükəli Hendra virusu, lissavirus və hantavirus da daxil olmaqla 323 canlı virus nümunəsini itirib.

Musavat.com xarici mediaya istinadla xbər verir ki, bu barədə regionun səhiyyə naziri Tim Nikols məlumat verib.

Nazir bildirib ki, itki hələ 2021-ci ildə bioloji təhlükəsizlik protokollarının ciddi şəkildə pozulması nəticəsində baş verib, lakin yalnız 2023-cü ilin avqustunda aşkar edilib.

İtmiş flakonların təxminən yüzündə ölümcül Hendra virusu, iki flakonda hantavirus, 223 flakonda isə lissavirus nümunələri olub.

Hendra virusu ilk dəfə 1990-cı illərin ortalarında Avstraliyada bir neçə atın yoluxub ölməsindən sonra aşkar edilib. O zaman çox adam yoluxmayıb, lakin yoluxmuş insanların çoxu ölüb.

“Newsweek” nəşri Kornell universitetinin ictimai və ekosistem sağlamlığı departamentinin professoru Rayan Plouraytdan sitat gətirib: "Hendra virusu insanlarda 57% ölüm nisbətinə malikdir və yoluxmuş insanlara, onların ailələrinə, baytarlıq və atçılıq sənayesinə dağıdıcı təsir göstərir" Baytarlıq Kollecinin dediyi kimi.

Hantavirusun daşıyıcısı gəmiricilərdir və ölüm nisbəti təxminən 38% təşkil edir. Lissavirus quduzluğa bənzəyir və eyni zamanda yüksək ölüm nisbətinə malikdir.

“Əlbəttə, bütün bu cür araşdırmalar gizli şəkildə aparılır, lakin onun hər hansı bir şəkildə silah kimi istifadə edilib-edilmədiyini bilmirik. Virusun silaha çevrilməsi prosesi çox mürəkkəbdir və bu, həvəskarın gördüyü iş deyil”, - deyə səhiyyə naziri vəziyyəti şərh edib.

Musavat.com

Chosen
49
musavat.com

1Sources